Elektrik kəsildi, tibbi cihazlar generatora qoşuldu - Dağıstanda nə baş verir?

Elektrik kəsildi, tibbi cihazlar generatora qoşuldu - Dağıstanda nə baş verir?
28.09.2026 02:50 Dünya

Dağıstanda əlverişsiz hava şəraiti və elektrik xətlərinin pis vəziyyətdə olması səbəbindən 40 mindən çox insan işıqsız qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.

Məlumata görə, ən ağır vəziyyət Çarodinski və Botlix rayonlarında yaranıb. Burada 20 kəndin elektrik enerjisi ilə təminatı kəsilib. Qayakənd rayonunda və Dərbənddə isə 40 mindən çox insan işıqsız qalıb.

Respublikanın dağlıq ərazilərində təxminən 10 min evdə elektrik enerjisi yoxdur.

Yerli sakinlərdən biri uşağının nəfəs almasını təmin etmək üçün süni ağciyər ventilyasiyası aparatını benzin generatoruna qoşduğunu bildirib. Digər sakinlərin də həyati əhəmiyyətli tibbi avadanlıqları işlək vəziyyətdə saxlamaq üçün generatorlardan istifadə etdiyi qeyd olunur.

Xatırladaq ki, avqustun sonunda Dağıstanda 21 yaşayış məntəqəsində elektrik enerjisinin təcili dayandırılması baş vermişdi. Hadisə on minlərlə insana, eləcə də Kizlyar, Buynaksk, Xiv və Tsumada rayonlarına təsir etmişdi.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər