Türkiyə F-16-ları Azərbaycanda - FOTO
Hərbi
28.04.2026 16:25
Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı 191-ci Reaktiv Eskadrilya Komandanlığının 3 ədəd F-16 təyyarəsi və 79 nəfərlik şəxsi heyətin iştirakı ilə "TURAZ Qartalı" hərbi təlimləri Azərbaycanın Nasosnı aerodromunda icra olunur.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Bir millət, iki dövlət, bir ürək! Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı 191-ci Reaktiv Eskadrilya Komandanlığının 3 ədəd F-16 təyyarəsi və 79 nəfərlik şəxsi heyətin iştirakı ilə TURAZ Kartalı hərbi təlimləri Azərbaycanın Nasosnı aerodromunda icra olunur”, - paylaşımda bildirilib.
Türkiyə-Azərbaycan birgə hərbi təlimləri aprelin 27-dən mayın 2-dək davam edəcək.
tag: Türkiyə Hərbi Hava Qüvvələri,F-16,Təlim,TURAZ Qartalı,Todaypress.tv,
