Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyindən DİQQƏTÇƏKƏN ADDIM

Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyindən DİQQƏTÇƏKƏN ADDIM
26.06.2026 17:47 Hərbi

Müdafiə Nazirliyinin rəhbər heyəti 26 İyun - Silahlı Qüvvələr Günündə yeni istifadəyə verilən idman zalında və Baş Klinik Hospitalda təcili tibbi yardım bölməsində yaradılan şəraitlə tanış olub.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, müasir tələblərə cavab verən idman zalı hərbi qulluqçuların fiziki hazırlığının və dözümlülüyünün yüksəldilməsi üçün zəruri olan bütün alət və avadanlıqlarla təchiz olunub.

Sonra Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Təcili tibbi yardım bölməsində olan rəhbər heyətə yeni istifadəyə verilmiş təcili tibbi yardım avtomobilləri və bölmədə olan tibbi avadanlıqlar barədə məlumat verilib.

Bildirilib ki, bu avtomobillər təxliyə olunan hərbi qulluqçulara ilkin tibbi yardımın göstərilməsi üçün ən müasir avadanlıqlarla təmin edilib.

Bu da hərbçilərə göstərilən təcili və təxirəsalınmaz tibbi yardımın keyfiyyətinin artırılmasına xidmət edir.

FOTOLAR

Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyindən DİQQƏTÇƏKƏN ADDIM — 1
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyindən DİQQƏTÇƏKƏN ADDIM — 2
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyindən DİQQƏTÇƏKƏN ADDIM — 3
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyindən DİQQƏTÇƏKƏN ADDIM — 4
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyindən DİQQƏTÇƏKƏN ADDIM — 5
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyindən DİQQƏTÇƏKƏN ADDIM — 6
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyindən DİQQƏTÇƏKƏN ADDIM — 7
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyindən DİQQƏTÇƏKƏN ADDIM — 8
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyindən DİQQƏTÇƏKƏN ADDIM — 9
XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər