Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəldi - VİDEO
Özbəkistan Silahlı Qüvvələrinin şəxsi heyəti "Birliyin Gücü – 2026" birgə hərbi təlimində iştirak etmək üçün Azərbaycana gəliblər.
Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, heyətin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, təlim ərazisində yerləşdirilməsi, məişət və təminat məsələlərinin həlli üzrə müvafiq işlər yerinə yetirilib.