Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı

Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı
19.06.2026 16:26 Hərbi

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Protokoluna əsasən, ölkələr arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində tədbir keçirilib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq qonaqlara Vətən müharibəsində logistika sahəsində qazanılmış təcrübələrə dair təqdimatlar verilib.

Tədbirdə ölkələr arasında qardaşlıq münasibətlərinin regionda sülh və sabitliyə töhfə verdiyi xüsusi qeyd olunub.

Tərəflər şəffaflaşmış döyüş meydanında logistikanın həlledici rolunu müzakirə edib, strateji xəbərdarlıq, kritik zəifliklər və avtonom təminat dövrü mövzularında fikirlərini bölüşüblər.

Müharibə zamanı qidalanma və su təchizatı, maddi-texniki vəsaitlərin daşınması, texniki qulluq bölmələrinin fəaliyyəti və yaralıların təxliyəsi, hamam-camaşırxana şəraitinin yaradılması, eləcə də digər təminat mövzuları ətrafında müzakirələr aparılıb.

Həmçinin qonaqlar hərbi hissələrdən birində Azərbaycan Ordusunda əşya və ərzaq təminatının təşkili sahəsində görülən işlərlə tanış olublar.

Sonda tədbirin yekunlarına dair işçi protokolu imzalanıb, qarşılıqlı hədiyyələr təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TodayPress TV

FOTOLAR

Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı — 1
Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı — 2
Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı — 3
XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər