MN təsdiqlədi: Döyüş hazırlığı planına uyğun olaraq... - TƏCİLİ

MN təsdiqlədi: Döyüş hazırlığı planına uyğun olaraq... - TƏCİLİ
23.07.2026 22:55 Hərbi

23 iyul tarixində Azərbaycan Hərbi Hava Qüvvələrinin təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq aviasiya vasitələri ilə təlim-məşq uçuşları icra edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

“Təlim uçuşları bütün təhlükəsizlik qaydalarına riayət olunaraq yerinə yetirilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, bəzi media qurumları və sosial şəbəkələrdə Quba rayonu səmasında bu gün günorta saatlarında çox aşağı məsafədən qırıcı uçduğu barədə iddia yayılıb. Bəziləri isə qırıcının guya Rusiya istiqamətindən gəldiyini düşünüb.

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər