Kərim Vəliyev MDB Komitəsinin iclasında iştirak etdi

Kərim Vəliyev MDB Komitəsinin iclasında iştirak etdi
18.06.2026 17:35 Hərbi

Qazaxıstanda işgüzar səfərdə olan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev iyunun 18-də Astana şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, komitənin növbəti iclasında MDB məkanında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, sülhün və təhlükəsizliyin təmin olunması, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

İclasda çıxış edən Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra Cənubi Qafqazda yaranan hərbi-siyasi vəziyyət və tarixi ədalətə əsaslanan yeni reallıq, habelə Avrasiya təhlükəsizliyi haqqında danışıb.

TodayPress TV

FOTOLAR

Kərim Vəliyev MDB Komitəsinin iclasında iştirak etdi — 1
Kərim Vəliyev MDB Komitəsinin iclasında iştirak etdi — 2
XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər