Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO

Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO
07.08.2026 16:15 Hərbi

Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda hərbi qulluqçuların məharət dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə sınaq imtahanları keçirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən  məlumat verilib.

Məlumatda bildirilir ki, imtahanlarda hərbi qulluqçuların ixtisas hazırlığı, fiziki hazırlığı, eləcə də xidməti fəaliyyətləri ilə bağlı digər nəzəri və praktiki bacarıqları qiymətləndirilir.

Həmçinin qeyd olunub ki, sınaq imtahanlarının keçirilməsində əsas məqsəd şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, hərbi qulluqçuların bilik və bacarıqlarının qiymətləndirilməsi, həmçinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsidir.


FOTOLAR

Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO  — 1
Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO  — 2
Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO  — 3
Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO  — 4
Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO  — 5
XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər