Azərbaycanla Çexiya hərbi əməkdaşlıq planı imzaladı

Azərbaycanla Çexiya hərbi əməkdaşlıq planı imzaladı
24.04.2026 13:39 Hərbi

Azərbaycan və Çexiya Respublikalarının Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə "İkitərəfli hərbi əməkdaşlıq danışıqları" keçirilib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb və müxtəlif sahələr üzrə brifinqlər təqdim edilib.

Danışıqların yekununda tərəflər arasında 2026-cı il üçün "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.

Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra xatirə fotosu çəkdirilib.

TodayPress TV

FOTOLAR

Azərbaycanla Çexiya hərbi əməkdaşlıq planı imzaladı — 1
Azərbaycanla Çexiya hərbi əməkdaşlıq planı imzaladı — 2
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər