Azərbaycan hərbçiləri təlimdə iştirak üçün Türkiyəyə yola düşdülər

Hərbi

26.04.2026 21:42

Azərbaycan ordusunun bir qrup hərbi qulluqçusu İstanbul və İzmir şəhərlərində keçirilən "EFES-2026" çoxmillətli təlimin növbəti mərhələsinə hazırlıq prosesi çərçivəsində Türkiyəyə yola düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb ediləcək hərbi qulluqçularımız Türkiyənin Çiğli Hava Bazasında qarşılanıblar.

Qeyd edək ki, "EFES-2026" çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.

TodayPress TV

tag: EFES-2026,Hərbi,Türkiyə,Təlim,Todaypress.tv,