Yük avtomobili piyadanı vuraraq öldürdü

Yük avtomobili piyadanı vuraraq öldürdü
19.01.2026 20:20 Hadisə

Cəlilabadda 62 yaşlı kişini avtomobil vuraraq öldürüb.

TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

Belə ki, "QAZel" markalı yük avtomobili Maşlıq kənd sakini, 1964-cü il təvəllüdlü Şirxan Rəşid oğlu İmanovu vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər