Yardımlı və Xaçmazda ağacların kəsilməsi faktı araşdırılır
Yardımlı rayonunda ağacların qanunsuz kəsilməsi faktı qeydə alınıb.
TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Bərcan və Porsova kəndlərinin ərazisində baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis mayoru Məhəmməd Rzayev bildirib ki, faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində prosessual araşdırma aparılır.
Araşdırmanın nəticələrinə əsasən, qanunvericiliyə uyğun hüquqi tədbirlər görüləcək.