Vəzifəsini itirən 23 illik sabiq müavin bu vəzifəli şəxsin yoldaşıdır

Vəzifəsini itirən 23 illik sabiq müavin bu vəzifəli şəxsin yoldaşıdır
15.12.2025 14:09 Hadisə

Xəbər verdiyimiz kimi, bu gün Balakən rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehbarə Nuriyeva vəzifəsində azad edilib.

TodayPress TV-nin əldə etdiyi məlumata görə, 23 il icra başçısının müavini olan sabiq məmur vəzifəli şəxsin ailə üzvüdür.  

Belə ki, Mehbarə Nuriyeva 110 saylı Balakən seçki dairəsinin sədri Vahid Əliyevin həyat yoldaşıdır. 

Xatırladaq ki, 2025-ci ilin oktyabrın 29-da DTX Balakən rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat zamanı rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev həbs edilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər