"Taxtakörpü"də batan şəxsin meyiti tapıldı

"Taxtakörpü"də batan şəxsin meyiti tapıldı
18.10.2025 21:40 Hadisə

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə "Taxtakörpü" su anbarında 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.

TodayPress TV xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər