Suraxanıda narkotacir saxlanıldı
Hadisə
19.01.2026 20:10
Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
TodayPress TV Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Yeni Günəşli qəsəbəsi ərazisində keçirilən tədbir zamanı 32 yaşlı İvan Kislyakov saxlanılıb.
Onun üzərindən 5 büküm olmaqla, ümumi çəkisi 9 kiloqram 450 qram tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitəni paytaxt ərazisində satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
tag: Suraxanı , Narkotik, PoliS, DİN, todaypress.tv,
