Sumqayıtda partlayıcı maddələr aşkar edildi

Sumqayıtda partlayıcı maddələr aşkar edildi
06.10.2025 09:58 Hadisə

Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində 130 mm-lik artilleriya mərmisinə məxsus partlayıcı maddələr aşkarlanıb.

TodayPress TV xəbər verir ki, aşkar olunan materiallar arasında 3 ədəd "VM 45" və 38 ədəd "VM 30" markalı partlayıcı nümunələr qeydə alınıb.

Məlumat daxil olan kimi yerində təhlükəsizlik tədbirləri görülüb və tapılan partlayıcı maddələr aidiyyəti üzrə müvafiq xidmətlərə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər