Şəmkirdə avtomobil aşdı - 4 nəfər xəsarət aldı

Şəmkirdə avtomobil aşdı - 4 nəfər xəsarət aldı
04.10.2025 22:30 Hadisə

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV-nin məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV


XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər