Samux sakinini ilan sancdı
Samuxda kişini ilan sancıb.
TodayPress TV "Unikal"-a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1998-ci il təvəllüdlü E.Abbasov həyətdə işləyərkən onu ilan sancıb. Xəstə dərhal xəstəxanaya yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.