Sabirabadda qəza - Ölən var

Sabirabadda qəza -  Ölən var
14.10.2025 22:45 Hadisə

Sabirabadda baş verən yol qəzasında bir nəfər ölüb.

TodayPress TV xəbər verir ki, hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndi ərazisində qeydə alınıb.

Sözügedən kənd sakini, 1964-cü il təvəllüdlü Əbilov Hacı Gülağa oğlu idarə etdiyi “QAZ”-3110 markalı avtomobili kəndin ərazisində elektrik dirəyinə çırpıb. Nəticədə sürücü xəsarət alaraq Sabirabad xəstəxanasına yerləşdirlib.

Nəqliyyat vasitəsində olan sərnişin Əsgərbəyli kənd sakini, 1958-ci il təvəllüdlü Ağammədov Tofiq Hacıbala oğlu isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər