Rusiyada öldürülən azərbaycanlıların sayı 5-ə çatdı
Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov da öldürülüb.
TodayPress TV xəbər verir ki, bu barədə Modern.az-a öldürülən Səfərov qardaşlarının ailəsindən bildirilib.
Əməliyyat zamanı qətlə yetirilən Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır. Hər iki şəxs tanınmış ədəbiyyatşünas, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşlarıdır.