Qusarda avtomobil piyadanı vurdu

Qusarda avtomobil piyadanı vurdu
30.06.2025 23:10 Hadisə

Qusarda yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV ”Unikal”a istinadən bildirir ki, hadisə rayonun Gədezeyxur kəndi ərazisində qeydə alınıb.

Belə ki, Heydər Nağıyevin idarə etdiyi “Opel” markalı avtomobil hərəkətdə olarkən yol kənarında dayanan  2011-ci il təvəllüdlü E.Rüstən qızı Abdurahmanovanı vurub. Daha sonra avtomobil yol kənarındakı qaz xəttinin üzərinə aşıb.

Qəza zamanı xəsarətlər alan E.Abdurahmanova təcili tibbi yardım maşını ilə Qusar rayon Mərkəzi Xəstəxanasına, ordanda Bakı şəhərindəki xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər