Qubada ayı hücumu - Xəsarət alan var

Qubada ayı hücumu -  Xəsarət alan var
16.10.2025 20:40 Hadisə

Qubada ayı təsərrüfata hücum edib.

TodayPress TV xəbər verir ki, hadisə rayonun Qonaqkənd qəsəbəsində baş verib.

Belə ki, rayonun Vladimirovka kənd sakini, 1989-cu il təvəllüdlü Azər İsgəndərov heyvanların saxlandığı təsərrüfatda olan zaman ayı oraya hücum edib.

Nəticədə A.İsgəndərov ayağından və bədənindən yaralanıb. Onu ayının pəncəsindən yaxınlıqda olan insanlar xilas ediblər. O, Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, son vaxtlar Qubada ayıların təsərrüfatlara hücum hadisələri artıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər