Qəzada xəsarət alan ANAMA-nın digər əməkdaşı da xəstəxanada öldü

Qəzada xəsarət alan ANAMA-nın digər əməkdaşı da xəstəxanada öldü
17.10.2025 20:27 Hadisə

Beyləqanda baş verən avtomobil qəzasında xəsarət alan ANAMA-nın əməkdaşı olan iki qardaşın digəri də xəstəxanada ölüb.

TodayPress TV-nin məlumatına görə, oktyabrın 13-də Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisində baş verən avtomobil qəzasında ağır xəsarət alan üç nəfərdən biri - 1999-cu il təvəllüdlü Həşimov Ülvi Bariz oğlu Bakıda müalicə aldığı xəstəxanada həyatını itirib.

Qeyd edək ki, sözügedən qəza nəticəsində xəsarət alan Ü.Həşimovun qardaşı, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov hadisədən sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər