Qaradağda zəncirvari qəza tıxaca səbəb oldu

Qaradağda zəncirvari qəza tıxaca səbəb oldu
14.12.2025 23:35 Hadisə

Qaradağ rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV  xəbər verir ki, “KİA Sorento”, “Range Rover”, “Changan”, “Volkswagen” və BMW markalı avtomobillər toqquşub.

Qəza səbəbilə yolda uzun tıxac yaranıb. Hadisə zamanı sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Əraziyə Dövlət Yol Polisi və Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV


XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər