Qaradağda usta zavodun damından yıxılaraq öldü
Oktyabrın 5-də paytaxtın Qaradağ rayonu ərazisində yerləşən kərpic zavodunda təmir işləri apararkən 1996-cı il təvəllüdlü Əfqan Babayevin dam örtüyündən yıxılması nəticəsində ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.
TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.