Oğuzda 4,5 ton çətənə kolu məhv edildi

Oğuzda 4,5 ton çətənə kolu məhv edildi
30.06.2025 14:45 Hadisə

Oğuzda 4,5 ton çətənə kolu məhv edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata əsasən, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 4,5 ton olan 3200 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

FOTOLAR

Oğuzda 4,5 ton çətənə kolu məhv edildi — 1
Oğuzda 4,5 ton çətənə kolu məhv edildi — 2
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər