Naxçıvan–Sədərək yolunda ağır qəza: 2 nəfər xəsarət aldı
Naxçıvan-Sədərək magistralında ağır yol qəzası baş verib.
TodayPress TV xəbər verir ki, hadisə zamanı "Hyundai" markalı avtomobillə "Mercedes" toqquşub.
Qəza zamanı 2 nəfər müxtəlif bədən xəsarəti alıb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.