Mirmahmud Mirəlioğlunun nəvəsi ürəktutmasından vəfat etdi

Mirmahmud Mirəlioğlunun nəvəsi ürəktutmasından vəfat etdi
17.12.2025 22:30 Hadisə

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə ailəsindən xəbər verilib.

Partiya sədrinin nəvəsi Fəttayev Müşfiq Mirmehdi oğlu bu gün saat 20.00 radələrində avtomobildə olarkən özünü pis hiss edib. Həmin vaxt avtomobildə olan ailə üzvləri onu Sumqayıtda xəstəxananın təcili yardım şöbəsinə aparıblar. Ancaq həkimlərin səyinə baxmayaraq, Müşfiq Fəttayev həyatını itirib.

Müşfiq Fəttayev Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olub.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər