Mingəçevirdə zəncirvari qəza oldu
Mingəçevirdə zəncirvari yol qəzası baş verib.
TodayPress TV-nin məlumatına görə, hadisə axşam saatlarında 20 Yanvar küçəsində baş verib.
"Mercedes" və "Hundai" markalı avtomobillər toqquşarkən zərbənin təsirindən maşınlardan biri 7 saylı şəhər daxili marşurut üzrə hərəkət edən mikroavtobusa çırpılıb. Hadisə nəticəsində avtomobillərə zərər dəysə də, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.