İtkin düşən kişinin meyiti tapıldı

İtkin düşən kişinin meyiti tapıldı
14.11.2025 22:40 Hadisə

Hacıqabul rayonunda itkin düşən 72 yaşlı kişinin meyiti tapılıb.

TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Qızılburun kəndində qeydə alınıb.

Belə ki, iki gün bundan öncə itkin düşdüyü ehtimal olunan kənd sakini, 1953-cü il təvəllüdlü Məmmədov Xanzaman Əlibala oğlunun meyiti yaşadığı evin bağında aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər