İsmayıllıda iki avtomobil toqquşdu- Ölən var
İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
TodayPress TV-nin məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun İsmayıllı ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.