İrandan PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

İrandan PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
15.10.2025 12:21 Hadisə

Narkotik tərkibli həblərin oktyabrın 13-də Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə TodayPress TV-yə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən 980 ədəd narkotik tərkibli Metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər