Göygöldə iki avtomobil toqquşdu, 4 nəfər xəsarət aldı
Göygöldə yol qəzası baş verib.
TodayPress TV xəbər verir ki, rayon ərazisində hərəkətdə olan "VAZ" və "Chevrolet" markalı avtomobillər toqquşub.
Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.