Gəncədə un fabrikində yanğın başladı
Gəncədə yanğın qeydə alınıb.
TodayPress TV-nin məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, sözügedən ərazidə yerləşən "Araboğlu" un fabrikinin zirzəmisində yanğın başlayıb. Dərhal əraziyə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.