Gəncədə sərxoş kişi xəstəxanada öldü
Gəncədə sərxoş kişi xəstəxanada ölüb.
TodayPress TV-nin məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Zülfüqar Məmmədov adına xəstəxanada baş verib. Ötən gün sərxoş halda orta yaşlı kişi təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Həmin şəxsə göstərilən yardımlara baxmayaraq, bu gün axşam saatlarında xəstəxanada dünyasını dəyişib.
İlkin məlumata görə, ölən şəxs içki aludəçisi olub, və o, həmçinin kimsəsiz olub. Onun küçələrdə qalığı müəyən edilib. Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.