Gəncədə “KamAZ" 39 yaşlı qadını vurdu
Gəncədə piyadanı avtomobil vurub.
TodayPress TV-nin məlumatına görə, hadisə şəhərin Totanlı adlanan ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “KamAZ" markalı yük maşını yolun kənarında dayanan 1986-cı il təvəllüdlü T. Abdıyevanı vurub. Qadın xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.