Gəncədə avtomobil avtobusa çırpıldı- Ölən və xəsarət alanlar var
Gəncədə minik avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Bu gün saat 16:50 radələrində iki nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, 2004-cü il və 2005-ci il təvəllüdlü şəxslərə sol bazu sümüyünün, qabırğaların və biləyin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.