Gəncədə avtobusla yük maşını toqquşdu

Gəncədə avtobusla yük maşını toqquşdu
18.01.2026 21:08 Hadisə

Gəncə şəhəri ərazisində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. 

TodayPress TV "APA" ya istinadən xəbər verir ki,  hadisə şəhər ərazisində baş verib.

Belə ki, “BakuBus”-a məxsus sərnişin avtobusu ilə “Kamaz” markalı yük maşını toqquşub.

Qəza zamanı sərnişin avtobusunun sürücüsü 1992-ci il təvəllüdlü V.Verdiyev xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər