Gədəbəydə iki minik maşını toqquşdu
Gədəbəydə qəza olub, xəsarət alan var.
TodayPress TV xəbər verir ki, hadisə rayonun Qızıltorpaq kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21015 " ilə digər minik maşını toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.