Füzulidə doğuş zamanı körpə öldü

Füzulidə doğuş zamanı körpə öldü
20.10.2025 21:00 Hadisə

Füzulidə vaxtından əvvəl doğuş zamanı körpə ölüb.

TodayPress TV xəbər verir ki, "2-ci Qayıdış" qəsəbə sakini 1997-ci il təvəllüdlü Mehdizadə Nərmin Qəhrəman qızı Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, aparılan müayinələr zamanı hamiləliyin 7 ay yarım olması və doğulacaq qız uşağının ana bətnində ölməsi səbəbindən dölün xaric olunması qərarı verilib.

Hazırda ananın səhhəti vəziyyətə uyğun qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər