Fəvvarələr meydanında yanğın - Bir nəfər tüstüdən zəhərləndi

Fəvvarələr meydanında yanğın - Bir nəfər tüstüdən zəhərləndi
25.11.2025 22:50 Hadisə

Bakının Nizami küçəsində baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

TodayPress TV xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Noyabrın 25-də saat 18:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami küçəsindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kişi) tüstüdən zəhərlənmə diaqnozu ilə zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub", - məlumatda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər