Fasiləsiz yağan qar Yardımlını işıqsız qoydu

Hadisə

20.01.2026 14:15

Yardımlı rayonunda yağan güclü qarın yaratdığı fəsadlar səbəbindən kəndlərin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

TodayPress TV xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar avtomobil yolunda hərəkət çətinləşib, dağlıq ərazilərdə isə yol tamamilə bağlanıb.

Kəndlərarası və kənddaxili elektrik xətlərinin bəzi hissələrinin qırılması nəticəsində yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayandırılıb. Problem aradan qaldırılsa da, bu, yalnız müvəqqəti təsir göstərir və xətlər qısa müddət sonra yenidən qırılır.

Hazırda bölgədə güclü qarlı yağır, dağlıq kəndlərdə qarın hündürlüyü 70 sm-i, dağ kəndlərində isə bir metri keçib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Yardımlı,Qar,Hava,Elektrik,Todaypress.tv,

photo
photo
photo
photo
photo