Ərini öldürməkdə şübhəli bilinən qadın saxlanıldı
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Vüsal Cəfərov qətlə yetirilib. Onu qətlə yetirməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Kəsirə Cəfərova artıq saxlanılıb.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırmalar aparılır.