Əli Kərimli və Məmməd İbrahim DTX-də dindirildi

Əli Kərimli və Məmməd İbrahim DTX-də dindirildi
29.11.2025 23:15 Hadisə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın funksioneri Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindiriliblər.

TodayPress TV-nin xəbərinə görə, onların DTX-ya çağırılması araşdırma prosesinin tələbləri ilə bağlı olub.

Qeyd edək ki, bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində AXCP sədri Əli Kərimlinin yaşadığı mənzildə, eləcə də M.İbrahimin evində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən axtarış aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər