Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanıldı
İyulun 21-də ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
- Axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.