Cəfər Cabbarlı stansiyasında giriş-çıxışlar müvəqqəti bağlandı

Hadisə

14.11.2025 10:01

“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib. Hadisə ilə bağlı təhlükəsizlik məqsədilə stansiyanın giriş və çıxış qapıları dərhal bağlanıb, havalandırma sistemi isə sovurma rejiminə keçirilib. Sərnişinlərin hərəkəti alternativ olaraq “28 May” stansiyası istiqamətindən təmin edilib.

TodayPress TV xəbər verir ki, barədə “Bakı Metropoliteni”dən bildirilib. 

Qurumun məlumatına görə, həm “Cəfər Cabbarlı”, həm “28 May” stansiyalarında, həm də “Cəfər Cabbarlı–Xətai” mənzilində qatarların hərəkəti normal qaydada davam edir.

Metropolitendən əlavə olunub ki, saat 10:00-da “Cəfər Cabbarlı” stansiyasının giriş-çıxışı yenidən sərnişinlərin istifadəsinə veriləcək.

Qiymət Mahir

TodayPress TV 

tag: Metro,Cəfər Cabbarlı,Tüstülənmə,28 May,Todaypress.tv,