Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanıldı

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanıldı
18.11.2025 13:59 Hadisə

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Elmixan Allahyar oğlu Kərimov Polşa ərazisində saxlanılıb.

TodayPress TV xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən dələduzluq cinayəti işi üzrə E.Kərimov təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər