Bərdədə pendir sexində partlayış oldu, ölən var
Bərdədə pendir sexinin qazanxanasında partlayış baş verib.
TodayPress TV Report-a istinadla xəbər verir ki, hadisə nəticəsində nəzarətçi, 1960-cı il təvəllüdlü Teyyub Yusubov dünyasını dəyişib.
Partlayışa qaz sızmasının səbəb olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.