BDYPİ ağır qəzanın görüntülərini yaydı

BDYPİ ağır qəzanın görüntülərini yaydı
27.11.2025 11:20 Hadisə

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) ötən gün Məmmədli–Fatmayı yolunda baş verən ağır qəzanın görüntülərini yayıb.

TodayPress TV xəbər verir ki, BDYPİ sözügedən qəzanın görüntülərini paylaşıb və sürücülərə müraciət ünvanlayıb.

"Sürücülər, xahiş edirik, sükan arxasında tələsməyin, risk etməyin, həyatınızı təhlükəyə atmayın. Sürət cəmi bir neçə saniyənin qənaəti, amma bir ömrün itkisi ola bilər. Yollarda məsuliyyətli olaq!", - müraciətdə bildirilib.

Qeyd edək ki, ötən gün Abşeron rayonunda, Məmmədli–Fatmayı yolunda baş verən qəzada "Chevrolet" markalı avtomobilin sürücüsü E. Ələsgərov dünyasını dəyişib. İlkin ehtimala görə, faciəyə sürücünün sürət həddini açması və əks zolağa çıxması səbəb olub.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər