Bakıda dönərxanada baş verən yanğın söndürüldü - YENİLƏNDİ

Bakıda  dönərxanada baş verən yanğın söndürüldü - YENİLƏNDİ
18.01.2026 21:36 Hadisə

Bakı şəhəri, Səbail rayonu, Sahil metrosunun yaxınlığında yerləşən dönərxanada baş vermiş yanğın söndürülüb.

TodayPressTV   xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

TodayPressTV

***

21:13

Səbail rayonu, Sahil metrosunun yaxınlığında dönərxanada yanğın baş verib.

TodayPressTV xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

TodayPressTV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər